İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsseldən İrəvana "soyuq duş": Avropa missiyasının mandatı uzadılmır

650 13.02.2026 14:06 Dünya A A

Ermənistan hökumətinin Avropa İttifaqı müşahidəçilərini sərhəddə daha uzun müddət saxlamaq planları ciddi əngəllə üzləşib.

Musavat.com xəbər verir ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter jurnalistlərə açıqlamasında hazırda mandatın uzadılması ilə bağlı heç bir müzakirənin aparılmadığını bəyan edib.

Ritter rəsmi İrəvanın istəyi ilə mövcud vəziyyət arasındakı fərqi belə izah edib:

"Ermənistan hakimiyyəti istəyir ki, Aİ-nin mülki müşahidə missiyası Azərbaycanla sülh müqaviləsi imzalanana və ratifikasiya edilənə qədər fəaliyyətini davam etdirsin. Lakin mən açıq deməliyəm: hazırda missiyanın mandatının uzadılmasına dair heç bir rəsmi müzakirə yoxdur".

Xatırladaq ki, 2023-cü ilin fevralında fəaliyyətə başlayan missiyanın mandatı 2 illik nəzərdə tutulmuşdu. Paşinyan administrasiyası mütəmadi olaraq bu missiyanın "sabitlik faktoru" olduğunu iddia edərək, onun qeyri-müəyyən müddətə ölkədə qalmasını təşviq edirdi. Lakin Brüsselin bu məsələdə ehtiyatlı davranması və Ritterin "müzakirə yoxdur" deməsi aşağıdakı səbəblərlə izah olunur:

Azərbaycanın etirazı: Bakı dəfələrlə bu missiyanın regionda gərginliyi artırdığını və "binokl diplomatiyası"nın sülhə xidmət etmədiyini bildirib.

Rusiyanın təzyiqi: Moskva Aİ müşahidəçilərini kəşfiyyat fəaliyyəti yürütməkdə ittiham edərək, onların bölgədən çıxarılmasını tələb edir.

Maliyyə və siyasi qərar: Mandatın uzadılması üçün Aİ-yə üzv olan 27 ölkənin yekdil rəyi lazımdır ki, bu da hazırkı geosiyasi şəraitdə çətin görünür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR