İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu ərazilərdə 62 mindən çox vətəndaşımız yaşayır”

777 02.12.2025 15:40 İqtisadiyyat A A

Laçının 5 il öncə işğaldan azad edilməsi hərbi, diplomatik gücün və Azərbaycan Prezidentinin beynəlxalq nüfuzunun nəticəsi idi.

Musavat.com-un məlumatına görə, bunu deputat Tahir Mirkişili parlamentin iclasında deyib.

Qeyd edib ki, bu hadisə Azərbaycan tarixinin mühüm səhifəsi idi:

“Son beş ildə Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur torpaqlarda hərbi qələbəni iqtisadi və sosial qələbəyə çevirmək istiqamətində böyük işlər gördü. Hazırda bu ərazilərdə 62 mindən çox vətəndaşımız yaşayır. Təkcə Laçında 5 mindən artıq sakin məskunlaşıb.

İndiyədək Azərbaycan dövləti bu ərazilərin bərpasına təxminən 22 milyard manata yaxın vəsait xərcləyib. Müqayisə üçün deyə bilərəm ki, bu məbləğ Ermənistanın dövlət büdcəsi xərclərindən təxminən 2 dəfə, Gürdüstanın dövlət büdcəsi xərclərindən isə 1,4 dəfə çoxdur. Bu rəqəmlər bir daha göstərir ki, Azərbaycan dövləti bu torpaqların bərpası və inteqrasiyası üçün böyük səy göstərir”.

T.Mirkişili bildirib ki, hazırda Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 50-dən çox rezident və 7-dən çox qeyri-rezident sahibkar fəaliyyət göstərir:

“Ötən müddət ərzində bu ərazilərdə təxminən 500 milyon manat dəyərində məhsul istehsal və ixrac olunub. Bu iki sənaye parkında hazırda minə yaxın adam çalışır. Bütün bunlar onu sübut edir ki, Azərbaycan dövləti bu ərazilərin gələcəkdə ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyası üçün mühüm addımlar atır”.

Tahir Mirkişili qeyd edib ki, Orta Dəhlizin işə düşməsi və Zəngəzur dəhlizinin açılması ilə bu ərazilər ilk dəfə sərhəd bölgəsindən tranzit bölgəsinə çevriləcək:

“Mən əminəm ki, hər növbəti ildə biz bu ərazilərin dirçəldilməsi yönündə daha çox uğurlara nail olacağıq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR