İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün klubda təcili iclas keçiriləcək - İstefa gözlənilir… SON DƏQİQƏ

1113 05.12.2025 10:48 İdman A A

Bu gün «Araz-Naxçıvan»da təcili iclas keçiriləcək.

Klubdan sportinfo.az-a daxil olan informasiyaya görə, toplantı Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovun tapşırığı ilə təşkil olunacaq.

Yığıncağına səbəb komandanın son həftələrdəki uğursuz çıxışıdır. Premyer Liqanın 13-cü turunda «Qəbələ»yə səfərdə 1:2 hesabıyla uduzan «ağ-qırmızılar» liderlər qrupundan xeyli uzaq düşüb.

Muxtar Respublika təmsilçisi 20 xalla turnir cədvəlinin 6-cı pilləsinə yuvarlanıb.

Bu azmış kimi, komanda dünən ölkə kubokunda mübarizəni erkən dayandırıb. 1/8 final mərhələsində «Kəpəz»lə üz-üzə gələn «Araz» 0:1 hesabıyla uduzub.

Axundovu narahat edən əsas məsələ budur - kluba yayda böyük büdcə ayrılsa və bahalı transfer əməliyyatları həyata keçirildiyi halda, bu çöküşün səbəbi ədir?

NFF-nın birinci şəxsi ilk növbədə qeyd olunan sualın cavabını axtarır.

İclasda bəzi mühüm qərarların verilməsi gözlənilir. Elmar Baxşıyevin postundan uzaqlaşdırılması istisna edilmir.

Baş məşqçi «son beş-altı oyunda komandanı tanıya bilmirəm» deyib və o, bu gün mövzuya dair hesabat verməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR