İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məktəbdə araşdırma başladı

2641 24.10.2025 03:46 Ölkə A A

Bakıdakı 250 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru tərəfindən müəllimlərdən vəsait toplanması iddiası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.

Bu barədə qurumdan məlumat verilib.

"Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.//Qaynarinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR