İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə “Şuşa” parkı salınacaq - FOTO

1420 12.02.2026 21:25 Son xəbər A A

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikasında işgüzar səfərdədir.

Musavat.com xəbər verir ki, səfər çərçivəsində fevralın 11-də Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.

ce11bc6a-9b22-4b45-95ee-f3f767eb7b24.jpeg (123 KB)

Komitə sədri “X” səhifəsində paylaşım edərək bildirib ki, “Şuşa” parkının ərazisi ilə yerində tanış olub.
Məlumata görə, “Şuşa” parkı layihəsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzdində fəaliyyət göstərən “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb, detallı layihələndirmə işləri isə Komitənin sifarişi əsasında Bolqarıstanın “DAD Studio” LTD şirkəti tərəfindən icra olunub.

Şəhərin mərkəzi hissəsində yerləşən və 1,81 hektar ərazini əhatə edən park şəhər sakinləri və qonaqlar üçün müasir ictimai məkan kimi nəzərdə tutulub. Layihə çərçivəsində funksional zonalaşdırma, piyada zolaqları, istirahət və rekreasiya sahələri, süni su hövzəsi və musiqili fəvvarə planlaşdırılıb. Parkın ərazisində Nizami Gəncəvinin abidəsi, “Şuşa” instalyasiyası, bədii həllində isə xarıbülbül motivləri yer alacaq. Burada yerli iqlim şəraitinə uyğun yaşıllaşdırma və abadlıq işləri görüləcək.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR