Finlandiya hökuməti ölkədə xarici vətəndaşların əmlak əməliyyatlarına nəzarəti sərtləşdirməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, müdafiə naziri Antti Hyakkänen hakimiyyət orqanlarının son 20 ildə bağlanmış bütün alqı-satqı müqavilələrini yoxlaya biləcəyini açıqlayıb.
Söhbət Avropa İttifaqı və Avropa İqtisadi Zonasına daxil olmayan ölkələrin vətəndaşlarının iştirak etdiyi əməliyyatlardan gedir. Qərar milli təhlükəsizlik səbəbləri ilə izah olunur.
Yoxlamalar mənzillər, fərdi evlər və torpaq sahələri daxil olmaqla istənilən daşınmaz əmlakı əhatə edə bilər. Helsinkidə etiraf ediblər ki, əvvəlki illərdə nəzarət mexanizmləri “həddindən artıq sadəlövh” olub.
Xatırladaq ki, 2025-ci ilin iyulundan etibarən Rusiya və Belarus vətəndaşlarına Finlandiyada daşınmaz əmlak almaq artıq qadağan edilib. Yeni təşəbbüs isə köhnə müqavilələrə də müdaxilə edilməsini nəzərdə tutur.
Musavat.com






