İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu qədər vaxt verilir — Minlərlə miqrant gənc Rusiyada təhlükə altında

824 22.02.2026 03:42 Dünya A A

Rusiyada əmək miqrantlarının ailələrinə yönəlmiş yeni sərt qaydalar hazırlanır.


Musavat.com xəbər verir ki, qanun layihəsinə əsasən miqrantların uşaqları 18 yaşına çatdıqdan sonra bir ay ərzində ölkəni tərk etməli olacaqlar — əgər həmin müddətdə öz adına ayrıca patent rəsmiləşdirməsələr və ya Rusiyada qalmaq üçün digər hüquqi əsas təqdim etməsələr.

Layihə bununla da bitmir. Sənədə görə patentlə işləyən miqrantlar Rusiyada yaşayan hər bir azyaşlı övladına görə aylıq ödənişlərinin 50 faizi həcmində əlavə məbləğ ödəməli olacaqlar.

Qanun qəbul edilərsə, bu dəyişiklik minlərlə miqrant ailəsinin statusuna və gələcək planlarına ciddi təsir göstərə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR