İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslərin maaşları ARTIMLA GƏLƏCƏK - RƏSMİ

9568 06.05.2026 16:41 Ölkə A A

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış tibb məntəqələrində COVID-19-a yoluxmuş xəstələrə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavə 2026-cı il iyulun 1-dək veriləcək.

Daha əvvəl bu müddət 2026-cı il aprelin 1-dək müəyyən edilmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR