İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu xəstələri robot əməliyyat edəcək  FOTO

764 22.01.2026 16:34 Səhiyyə A A

"Robotik cərrahiyyə effektiv standartlara cavab verən platformadır. Müxtəlif əməliyyatlara geniş imkanlar yaradır".

Musavat.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyat icra olunmasından danışarkən bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı çətinlik yaranarsa, Türkiyədən əməkdaşlar, istehsalçı ölkənin tibbi və texniki heyəti əməliyyata qoşula bilər:

"Tibbi qərarlar həkimlər tərəfindən verilir. Robotik cərrahiyyə qan itkisini azaldır və ağrı az olur. Bu sistem prostat xərçəngi və ürək əməliyyatlarında istifadə edilir".

Vüqar Qurbanov bildirib ki, əməliyyatı icra edən həkim heyəti xaricdə təcrübə keçib:

"Bu, Yeni Klinikada müasir müalicə imkanları yaradacaq".

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR