İnsanlara hürriyət, millətlərə istiqlal!

“Buna görə İlham Əliyevə böyük təşəkkür düşür”- Vens

1463 10.02.2026 20:22 Siyasət A A

“Biz çalışırıq ki, iki ölkə arasında hər hansı bir toqquşma yenidən başlamasın, xalqlar arasında təmaslar qurulsun və biz bu yolla irəliləmək istəyirik”.

Bu sözləri ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

Sülh istiqamətində atılan addımlara toxunan Vitse-prezident əlavə edib:

“Buna görə Prezident İlham Əliyevə böyük təşəkkür düşür”.

Sülh sazişinin reallaşmasının gələcəkdə əmin-amanlıq yaradacağına və münaqişənin qarşısını alacağına əminliyini ifadə edən Ceyms Devid Vens bunu Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətlərinin təzahürü adlandırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR