İnsanlara hürriyət, millətlərə istiqlal!

Castin Biber uzun müddətdən sonra səhnəyə qayıdır

439 30.01.2026 04:26 Şou-biznes A A

Castin Biber "Qremmi" mərasimindəki çıxışı ilə səhnəyə möhtəşəm qayıdışa hazırlaşır. Bu, onun son bir neçə ildəki ilk böyük çıxışı olacaq.

Oxu.Az bildirir ki, bu barədə TMZ portalı Səsyazma Akademiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bu il dörd nominasiya üzrə namizəd olan müğənni mərasimdə həm də ifaçı qismində iştirak edəcəyini təsdiqləyib. Əvvəllər o, 2022-ci ildə dünya turunu ləğv etdikdən sonra yalnız nadir hallarda qonaq qismində çıxış edirdi.

"Justice World Tour" turunun dayandırılmasına Ramsay Hunt sindromu diaqnozu səbəb olmuşdu. Bu nevroloji xəstəlik müğənnini uzun müddət böyük şou qrafiklərindən uzaq qoymuşdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR