Fevralın 17-də Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında siyasi qrupun görüşündə danışıqlar dalana dirənib.
Musavat.com xəbər verir ki, məlumatı "Axios"un jurnalisti Barak Ravid sosial mediada iki məlumatlı mənbəyə istinadən paylaşıb.
O, irəliləyişin olmamasını Moskva nümayəndəsinin mövqeyi ilə əlaqələndirib:
"İki məlumatlı mənbə mənə bu gün Cenevrədə keçirilən siyasi qrup danışıqlarının "çıxılmaz vəziyyətə düşdüyünü" bildirib. Mənbələr qeyd ediblər ki, bu, Rusiyanın yeni baş danışıqçısı Vladimir Medinskinin ifadə etdiyi mövqelərlə bağlıdır".
Rusiya nümayəndə heyətinin yeni rəhbəri Rusiya Federasiyasının Tarix Təhsili üzrə İdarələrarası Komissiyasının rəhbəri, Mədəniyyət naziri və Vladimir Putinin köməkçisidir.
O, əvvəllər Rusiyanın Ukraynaya müdaxiləsi üçün tarixi ifadələrdən bəhanə kimi istifadə edib.
"Sky News" analitiki Maykl Klark qeyd edib ki, Medinskinin Rusiya nümayəndə heyətinə qayıtması Putinin Cenevrədə sülh danışıqlarında "heç nəyə nail olmaq istəmədiyini" göstərir.
Musavat.com






