Cenevrədə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqların ikinci raundu start götürüb. Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov məlumat verib.
Onun sözlərinə görə, məsləhətləşmələr siyasi və hərbi bloklar çərçivəsində istiqamətlər üzrə qruplar formatında keçirilir.
“Dünən müzakirə olunan qərarların qəbul mexanizmləri və parametrlərinin dəqiqləşdirilməsi üzərində işləyirik”, – deyə Rustem Umerov bildirib.
Görüşlərin qapalı qapılar arxasında keçirildiyi qeyd olunur.
Musavat.com






