Cənubi Koreyanın “Innospace” şirkətinin ilk kommersiya raketi Braziliyadakı Alkantara kosmik mərkəzində qəzaya uğrayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qəza nəticəsində xəsarət alan olmayıb.
Bildirilir ki, Hanbit-Nano raketi Braziliya kosmik mərkəzindən beş peyki orbitə çıxarmaq missiyasının bir hissəsi olaraq buraxılıb. Buraxılışdan təxminən yarım dəqiqə sonra vasitə idarəetməni itirib və əvvəlcədən təyin olunmuş təhlükəsiz zonada qəzaya uğrayıb.
Raket Cənubi Koreyanın “Innospace” şirkəti tərəfindən hazırlanıb. Bu, onun bu ilin noyabr ayından bəri dəfələrlə təxirə salınan ilk kommersiya buraxılışı idi. Uğursuzluğa baxmayaraq, şirkət nümayəndələri buraxılışın onların texnologiyasını sınaqdan keçirməkdə mühüm addım olduğunu vurğulayırlar.
Musavat.com






