İnsanlara hürriyət, millətlərə istiqlal!

Çernobıl yenidən təhlükə saçır- Qoruyucu təbəqədə deşilmə

1118 06.12.2025 12:27 Dünya A A

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Çernobıl Atom Elektrik Stansiyasının yeni sarkofaqının artıq öz əsas qoruyucu xüsusiyyətlərini itirdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə agentlik stansiyanın üzərində aparılan son inspeksiyanın nəticələrinə istinadən məlumat yayıb.

MAQATE bildirir ki, fevral ayında obyektə pilotsuz aparat zərbəsi nəticəsində yaranmış zədələr aradan qaldırılıb, lakin aparılan yoxlamalar “Yeni təhlükəsiz örtük” adlanan konstruksiyanın artıq mümkün radioaktiv sızmaları lazımi səviyyədə saxlaya bilmədiyini üzə çıxarıb.

Məlumata görə, zərbə nəticəsində sarkofaqın dam örtüyündə lokal dağıntılar baş vermişdi. Hərçənd ki, obyektə təcili və müvəqqəti bərpa işləri aparılıb, MAQATE bunun kifayət etmədiyini vurğulayır və stansiyanın təhlükəsizliyi üçün tammiqyaslı bərpa tədbirlərinin davam etdirilməsini tövsiyə edir.

Agentlik yaxın aylarda əlavə monitorinq missiyasının göndəriləcəyini də açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR