İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov: “Monteneqroya 1 milyard ABŞ dolları həcmində investisiya edilib”

509 20.12.2025 13:25 Siyasət A A

“Azərbaycan və Monteneqro onilliklər ərzində bir çox sahədə uğurlu əməkdaşlıq edir. Xarici İşlər Nazirliklər arasında mütəmadi təmaslar mövcuddur. Bu gün konsulluq əlaqələrinə dair saziş imzalandı”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Respublikası baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçlə birgə mətbuat konfransında bildirib. Nazir vurğulayıb ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq prioritetdir:

“Bu mənada iqtisadi komissiyaların iclası çox önəmlidir. Ticarət dövriyyəsinin həcmi mövcud potensialı tam əks etdirmir. Monteneqroya 1 milyard ABŞ dolları həcmində investisiya edilib. Eyni zamanda turizmin təşfiq edilməsi baxımından birbaşa uçuşların təşkilinin önəmi vurğulandı”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR