İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin total müharibəyə hazırlaşır- HƏYƏCAN SİQNALI

774 24.12.2025 16:47 Dünya A A

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinin müharibəyə hazırlaşdığı və 2030-cu ilədək nüvə arsenalını 1000-dən çox döyüş başlığına çatdırmağı planlaşdırdığı barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə Pentaqonun hesabatına istinadən "Clash Report" nəşri yazır.

Hesabata əsasən, hazırda Çinin təxminən 600 nüvə döyüş başlığı var. Lakin Vaşinqtonun qiymətləndirməsinə görə, Pekin yaxın illərdə bu sayın kəskin şəkildə artırılmasını hədəfləyir və bu proses “total müharibəyə hazırlıq” çərçivəsində həyata keçirilir.

Sənəddə qeyd olunur ki, Çin təkcə nüvə başlıqlarının sayını artırmır, eyni zamanda raket sistemlərini, şaxta tipli buraxılış qurğularını, nüvə daşıyıcılarını və müşahidə–nəzarət texnologiyalarını sürətlə modernləşdirir. Bu isə Pekinin nüvə hazırlığını keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindən xəbər verir.

Amerikalı analitiklərin fikrincə, Çinin nüvə potensialının bu templə artması qlobal təhlükəsizlik balansını ciddi şəkildə dəyişir, ABŞ və onun müttəfiqləri üçün isə strateji riskləri artır. Hesabatda vurğulanır ki, bu proses ABŞ–Çin rəqabətini yeni, daha təhlükəli mərhələyə keçirə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR