İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin borc diplomatiyası: Pekin Pire limanındakı payını satmaq fikrində deyil

538 24.11.2025 23:53 Dünya A A

Musavat.com xəbər verir ki, Yunanıstandakı Çin səfirliyi Avropanın ən böyük limanlarından biri sayılan Pire limanındakı nəzarət payının satılması ilə bağlı yayılan iddialara münasibət bildirib. Səfirlik Reuters-ə açıqlamasında Pekinin belə bir addımı nəzərdən keçirmədiyini elan edib.

Səfirliyin bəyanatı son günlər Qərb mediasında dolaşan “Çin limanı satışa çıxara bilər” iddialarını tam olaraq təkzib edir və Pekinin limandakı mövqeyini qorumaqda israrlı olduğunu göstərir.

Arxa plan — “borc diplomatiyası” modeli

Qeyd edək ki, Çin son illər həyata keçirdiyi genişmiqyaslı “borc diplomatiyası” siyasəti çərçivəsində müxtəlif ölkələrə böyük kreditlər ayırır, borcun qaytarılmadığı hallarda isə həmin ölkələrin strateji obyektlərində pay əldə edir. Bu səbəbdən Pire limanı uzun müddətdir geosiyasi müzakirələrin diqqət mərkəzində qalır.

Pekin isə bildirir ki, Pire limanı ilə bağlı strategiya dəyişmir və limandakı kontrol paketinin satılması müzakirə mövzusu deyil. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR