ABŞ Prezidenti Donald Trampın komandasından gələn son açıqlamalar Vaşinqtonla Tehran arasında gərginliyin təhlükəli mərhələyə daxil olduğunu göstərir.
Musavat.com xəbər verir ki, Axios-a danışan mənbələrdən biri İrana qarşı hərbi müdaxilə ehtimalını artıq “90 faiz” kimi qiymətləndirib və Trampın İranla bağlı səbrinin tükəndiyini bildirib.
Mediada yayılan digər məlumatlara görə, tərəflər arasında aparılan danışıqlar nəticəsiz qalıb və ABŞ lideri hərbi variant üzrə yekun qərara yaxınlaşıb.
Rəsmi Tehran isə geri çəkilmək niyyətində olmadığını açıqlayıb. İran Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə diplomatiyaya açıqdır, lakin istənilən ssenariyə hazırdır.
Musavat.com






