İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli təhlükə: atom silahı illər sonra ilk dəfə açıq şəkildə “çıxış yolu” kimi

479 20.12.2025 14:37 Dünya A A

Yaponiyada nüvə silahına sahib olmağın zəruriliyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, yerli medianın məlumatına görə, ölkənin baş naziri Sanae Takaicinin administrasiyasında bəzi rəsmilər Yaponiyanın milli təhlükəsizliyi təmin etmək üçün gələcəkdə yalnız öz imkanlarına arxalanmalı ola biləcəyini düşünürlər.

Bildirilir ki, bu yanaşma Çinin nüvə arsenalını genişləndirməsi, Rusiyadan gələn nüvə təhdidləri və Şimali Koreyanın nüvə proqramı** fonunda formalaşıb. Rəsmilərin qənaətinə görə, regional və qlobal təhlükəsizlik mühitində qeyri-müəyyənlik artdıqca, Yaponiyanın təhlükəsizlik strategiyasında ən radikal variantlar belə müzakirə mövzusuna çevrilir.

Bununla belə, administrasiya daxilində bu cür planların praktiki baxımdan real olmadığı da etiraf olunur. Qeyd edilir ki, Yaponiyanın nüvə silahına yiyələnməsi həm ölkə daxilində güclü ictimai etirazlara, həm də beynəlxalq arenada ciddi mənfi reaksiyalara səbəb ola bilər.

Xatırladaq ki, Yaponiya İkinci Dünya müharibəsindən sonrakı tarixi və Hirosima–Naqasaki faciələrinin fonunda “üç qeyri-nüvə prinsipi”nə sadiq qalır: nüvə silahına malik olmamaq, onu istehsal etməmək və ölkə ərazisinə gətirməmək. Məhz bu prinsiplər onilliklərdir Yaponiyanın təhlükəsizlik və xarici siyasətinin əsas sütunlarından biri hesab olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR