İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ YANĞIN: 10 milyon dollarlıq retro avtomobillər KÜLƏ DÖNDÜ

2582 06.12.2025 20:07 Hadisə A A

Praqada baş verən yanğın təxminən 200 milyon kron (təxminən 10 milyon dollar) dəyərində kolleksiya avtomobilləri məhv edib.

Musavat.com “Idnes” portalına istinadən xəbər verir ki, bu barədə Praqa Yanğından Mühafizə İdarəsinin sözçüsü Voytex Rotşedl bildirib.

Onun sözlərinə görə, şənbə günü axşam Straşnitse rayonunda təkər təmiri sexində güclü yanğın baş verib.

Binada saxlanılan retro avtomobillərin əksəriyyəti alovun təsirindən tamamilə məhv olub.

Yanğın təxminən 900 kvadratmetr ərazini əhatə edib. Yanğınsöndürənlər yanğını söndürdükdən təxminən bir saat sonra alovun qarşısını ala biliblər.

Hazırda hadisənin başvermə səbəbləri mütəxəssislər tərəfindən araşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR