İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan çağırış: “Bu partiyalar öz fəaliyyətlərinə xitam verməlidirlər”

889 04.12.2025 12:57 Dünya A A

“Şəxsi mənafeyi milli maraqlardan üstün tutanların fəaliyyəti cəmiyyətin diqqət mərkəzindədir. Son günlər ifşa olunan faktlar göstərir ki, bəzi siyasi qüvvələr uzun illər xarici təsir və gizli şəbəkələr vasitəsilə ictimai-siyasi proseslərə təsir etməyə çalışıblar. Bu, Azərbaycan üçün həm milli təhlükəsizlik, həm də siyasi sabitlik baxımından ciddi əhəmiyyət kəsb edir. Son günlər açıqlanan faktlar cəmiyyətdə geniş rezonans doğurur və siyasi müzakirələri aktivləşdirir. Bu kontekstdə Ramiz Mehdiyev şəbəkəsinin ifşası fonunda bəzi müxalifət partiyalarının, xüsusilə AXCP və Müsavatın illərlə xarici qüvvələr və bu şəbəkə ilə gizli əlaqələrinə dair iddialar geniş müzakirə olunur. Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları isə Azərbaycanın ictimai-siyasi proseslərinə təsir imkanları olmayan lokal siyasi təşkilatlanmalardır. Siyasi təhlillər göstərir ki, bəzi partiyaların ictimai-siyasi təsir imkanları artıq məhdudlaşıb. Hər iki partiya Vətən müharibəsində və ondan sonrakı 5 illik dövrdə fəaliyyətləri ilə özlərini siyasi sistemdən tamamilə kənarlaşdırıblar. Belə olan halda, hər iki partiyanın bundan sonrakı mərhələdə mövcud olması şərtləri demək olar ki, yoxdur. Buna görə də, vahid siyasi ideologiya əsasında deyil, 1990-cı illərin xaotik siyasi prosesləri əsasında təşkilatlanmış bu partiyalar öz fəaliyyətlərinə xitam verməlidirlər”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov deyib.

O, əlavə edib ki, ölkəmizin milli maraqlarının qorunması və siyasi sabitliyin təmin olunması üçün radikal yönümlü qurumların təsiri məhdudlaşdırılmalı və ictimai-siyasi proseslərdə sağlam, konstruktiv iştirak təşviq olunmalıdır:

“Radikal müxalifətin şəxsi mənafeləri milli maraqlardan üstün tutması bağışlanmazdır. Bu cür fəaliyyət ölkənin sabitliyinə və milli təhlükəsizliyinə açıq şəkildə təhdiddir və qarşısı qətiyyətlə alınmalıdır. Dövlət və cəmiyyət birgə şəkildə milli maraqların qorunmasını təmin etməli, radikal yanaşmaların təsirinə imkan verməməlidir.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR