İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan hökumətə xahiş: "...böyük ehtiyac var"

1270 20.11.2025 11:29 Ölkə A A

 

“2026-cı il dövlət büdcəsində həm neft gəlirlərinin, həm də Dövlət Neft Fondundan ayrılan transfertlərin azaldılması məqsədyönlü dövlət siyasətidir".

Musavat.com-un məlumata görə, bunu parlamentdəki büdcə müzakirələri zamanı deputat Sadiq Qurbanov deyib. Bildirib ki, bu addım fiskal konsolidasiya deyil, iqtisadi modelin yenilənməsinin, qeyri-neft sektorunun dayanıqlı inkişafının maliyyə əsaslarını formalaşdıran strateji qərardır:

“Prezident İlham Əliyev bu mərhələni belə xarakterizə edir ki:

“Biz neftdən asılılığı azaltmalı, qeyri-neft sahələrini əsas inkişaf xəttinə çevirməliyik. Azərbaycanın gələcəyi bilik iqtisadiyyatında, texnologiyada və yaşıl enerjidədir”.

“Əgər bu gün biz post-neft dövrünə hazırlaşmasaq, sabah gec olacaq”.

Qlobal enerji sistemi artıq köhnə məntiq üzrə fəaliyyət göstərmir: OPEC-in hesabatlarında enerjiyə tələbat 2050-ci ildə daha çox, yəni 85% artacağı göstərilir.

Bu kontekstdə bərpa olunan enerjiyə keçid sürətlənir, OPEC və digər beynəlxalq təşkilatlar neft tələbatının sabitləşdiyini bildirirlər, karbon emissiyalarının azaldılması siyasətləri sərtləşir, yeni enerji dəhlizləri formalaşır, geosiyasi güc balansları dəyişir.

Bir məqamı da qeyd etmək istərdim ki, bu gün enerji yalnız iqtisadi resurs deyil, həm də diplomatik təsir və strateji təhlükəsizlik aləti kimi çıxış edir.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu son illərdə daha da güclənib. Yaşıl enerjiyə keçidlə bu daha da artacaq.

Qlobal iqlim çağırışları fonunda Azərbaycan enerji siyasətinin əsas sütunlarından biri – yaşıl enerji transformasiyasını daha da sürətləndirilməlidir”.

S.Qurbanov təmsil etdiyi Salyan rayonundakı problemıəri də hökumətin nəzərinə çatdırıb: “7 yeni məktəbin tikilməsinə, 17-sinin isə əsaslı təmirinə, o cümlədən Qarabağlı-Qaraçala-Kürsəngi 27 km-lik yolun təmirinə çox böyük ehtiyac var. Xahiş edirəm nəzərə alasınız”.

E.Paşasoy,

Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR