İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərbənddə Azərbaycan teatrına yaşıl işıq

625 03.02.2026 20:49 Gündəm A A

Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan teatrının binası əsaslı yenidənqurmadan sonra yenidən istifadəyə verilir.

Musavat.com xəbər verir ki, teatr binasının rekonstruksiyası Dövlət Dumasının deputatı Xizri Abakarovun təşəbbüsü ilə həyata keçirilib.

Məlumata görə, layihəyə senator Süleyman Kərimov dəstək göstərib, yenidənqurma prosesi Dağıstan Respublikasının rəhbəri Serqey Məlikovun himayəsi ilə icra olunub.

Binanın bərpasına 2021-ci ilin noyabr ayında başlanılıb, tikinti-bərpa işləri 2025-ci ilin dekabrında tam başa çatdırılıb. Yaxın günlərdə Azərbaycan teatrının yenilənmiş binasının rəsmi və təntənəli açılış mərasiminin keçirilməsi planlaşdırılır. Açılışda respublika rəhbərliyinin və rəsmi şəxslərin iştirakı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR