İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəyərindən baha pul satılır - VİDEO

1683 18.02.2026 03:58 Ölkə A A

Son vaxtlar sosial şəbəkələrdə eyni rəqəmli pul əsginaslarına maraq yaranıb. Hətta bu əsginasları satanlar da var.

Ekspertlərin fikrincə, eyni rəqəmlərdən ibarət seriya nömrəli belə əsginaslar daha çox kolleksiyaçıların marağına səbəb olur.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, Ekspert Əkrəm Həsənov deyib ki, həmin pullar rəsmi olaraq xüsusi buraxılış deyil. Yəni adi dövriyyə əsginasıdır və sadəcə nömrəsi ilə fərqlənir. Bu, sadəcə olaraq iki nəfər arasında baş tutan razılaşmadır.

Qeyd edək ki, daha çox köhnə, tədavüldən çıxarılan pullar kolleksiyaçılara maraqlı olub. Belə seriyalı əsginasların dəyəri yalnız kolleksiya marağına görə artır, qiyməti bazarı müəyyən edir. Əsginasın həqiqi olub-olmadığını isə yoxlamaq zəruridir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR