İnsanlara hürriyət, millətlərə istiqlal!

Dörd oldular, Paşinyan...

1569 14.02.2026 12:03 Siyasət A A

Ermənistanda kritik parlament seçkilərinə 5 ay qalıb və indidən baş nazir Nikol Paşinyana qarşı güclü bloklaşma başlayıb.

Musavat.com erməni mediasına istinadən yazır ki, Samvel Karapetyanın rəhjbərlik etdiyi "Güclü Ermənistan" partiyasının rəsmi şəkildə elan olunması “siyasi konfiqurasiya üçün dönüş nöqtəsi” hesab edilir. 

Picture background

Arman Tatoyan ətrafında yaranmış blok Paşinyanın məxməri inqilabından məyus olan, ənənəvi müxalifətlə əlaqələndirmək istəməyən elektoratı öz ətrafında birləşdirməyə iddialıdır. Bu blok Paşinyanın elektoratından müəyyən hissənin qopar biləcəyi deyilir. Qaqik Tsarukyan və onun partiyası ətrafında isə üçüncü blok formalaşır. Tsarukyan bloku Paşinyanın sosial rifahı sürətlə azalan orta statistik vətəndaşdan səs almağa iddia edəcək. Nəhayət, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ətrafında yaranmış siyasi blok Paşinyana qarşı mübarizə aparacaq.

Picture background

Ermənistanda seçkilər öncəsi yaranan bu çoxqütblü siyasi mənzərə baş nazir Nikol Paşinyan üçün ciddi siqnal sayıla bilər.

İndiyədək müxalifətin parçalanmış olması onun əsas üstünlüklərindən idi, lakin indi həm biznes dairələrini təmsil edən Samvel Karapetyan, həm hüquq müdafiəçisi imici olan Arman Tatoyan, həm də sosial elektorata oynayan Qaqik Tsarukyan kimi fiqurların ayrı-ayrı bloklar yaratması siyasi səhnəni parçalayaraq hakimiyyətin səs bazasını daralda bilər.
Üstəlik, sabiq prezident Robert Köçəryan ətrafında formalaşan düşərgə klassik revanşist elektoratı konsolidasiya etmək potensialına malikdir. Bu isə o deməkdir ki, Paşinyan ilk dəfə olaraq təkcə köhnə elita ilə deyil, müxtəlif sosial və ideoloji seqmentlərdən gələn paralel rəqiblərlə üz-üzə qalır.

Siyasi dinamika göstərir ki, əsas mübarizə artıq hakimiyyət–müxalifət xəttindən çox, müxalifət daxilində liderlik uğrunda gedəcək.

Əgər bu bloklar seçkiyə qədər vahid taktiki əməkdaşlıq modeli qura bilməsə, bu parçalanma yenə də Paşinyanın xeyrinə işləyə bilər. Amma koordinasiya baş tutarsa, bu seçkilər son illərin ən gərgin siyasi yarışına çevrilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR