İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamentindən Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA

618 15.02.2026 08:08 Siyasət A A

ABŞ Dövlət katibi Marko Rubio Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirləri ilə görüşdə Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda iştirakını davam etdirməyə sadiq olduğunu vurğulayıb.

Musavat.com xəbər verir ki, məlumat Dövlət Departamentinin sözçü müavini Tommi Piqot tərəfindən yayımlanan yazılı açıqlamada yer alıb.

Bildirilir ki, Rubio Münhen Təhlükəsizlik Konfransı çərçivəsində digər G7 ölkələrinin xarici işlər nazirləri ilə görüşüb. O, ABŞ-ın Venesuelada sabitliyin qorunmasına və Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqların aparılmasına sadiqliyini "bir daha təsdiqləyib". Piqotun sözlərinə görə, ABŞ Dövlət katibi həmkarları ilə "Afrika, Avropa və Yaxın Şərqdə sülh və sabitliyi təhdid edən davam edən münaqişələr, eləcə də Hind-Sakit Okean bölgəsində və Qərb yarımkürəsində təhlükəsizlik problemləri kimi cari məsələləri" müzakirə edib: "Rubio və həmkarları sülh və sabitliyə qlobal təhdidlərin aradan qaldırılması üçün G7 əməkdaşlığının gücləndirilməsinin vacibliyini bir daha təsdiqləyiblər".

"Bloomberg"ə verdiyi əvvəlki müsahibədə Rubio, Vaşinqton administrasiyasının yaxın həftələrdə Ukraynadakı münaqişənin həllində iştirakdan imtina edə biləcəyi ilə bağlı mediada yayılan məlumatları təkzib etib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR