Rusiyada intim fotoların göndərilməsinin qadağan olunması ilə bağlı təklif Dövlət Dumasında ciddi etirazla qarşılanıb.
Musavat.com xəbər verir ki, bir sıra deputatlar bu təşəbbüsə qarşı çıxıb və vətəndaşların “şəxsi təşəbbüslərinin” məhdudlaşdırılmasının yanlış olduğunu bildiriblər.
Maraqlısı budur ki, bu mövzuda əsas müdafiəçi Anatoli Vaserman olub. O, intim şəkillərin göndərilməsinə qadağa qoymağın “ünsiyyət azadlığını pozacağını” iddia edib.
Deputatın fikrinə görə, hökumət insanların şəxsi ünsiyyət formalarına qarışmamalıdır. Sosial şəbəkələrdə isə Vaserman artıq “dikpik ombudsmanı” kimi ələ salınır.
Musavat.com






