İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada silah satışları rekord həddə çatdı – SIPRI yeni hesabat açıqladı

571 03.12.2025 03:25 Dünya A A

Musavat.com xəbər verir ki, ötən il dünya üzrə ən böyük 100 silah istehsalçısının silah və hərbi xidmət satışından əldə etdiyi gəlirlər 5,9 faiz artaraq rekord 679 milyard dollara yüksəlib. Bu barədə dekabrın 1-də Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) illik hesabat yayıb.

Hesabata görə, qlobal silah bazarındakı kəskin artım Ukrayna və Qəzza müharibələri ilə yanaşı, müxtəlif regionlarda güclənən geosiyasi gərginlik və ölkələrin hərbi xərclərinin artması ilə bağlıdır. SIPRI qeyd edir ki, 2018-ci ildən bəri ilk dəfə olaraq dünyanın ən böyük beş silah şirkətinin gəlirlərində ciddi artım müşahidə olunub.

Məlumata əsasən, 2024-cü ildə “Top 100” siyahısında yer alan ABŞ şirkətlərinin ümumi hərbi gəlirləri 3,8 faiz artaraq 334 milyard dollara çatıb. Siyahıya “Lockheed Martin”, “Northrop Grumman”, “General Dynamics” kimi nəhənglər daxildir və bu ölkə yenə də qlobal silah sənayesinin dominant mərkəzi olaraq qalır. 

thumbs_b_c_4eb04866ceb96e13f7dadba6f51d28a8.jpg (234 KB)

Hesabatda bildirilir ki, ilk 100 şirkətdən 26-sı Avropada (Rusiya istisna olmaqla) yerləşir və onlardan 23-nün gəliri yüksəlib. Bu artım əsasən Ukraynadakı müharibə, Moskvadan gələn təhlükə və NATO ölkələrinin müdafiə büdcələrini artırması ilə əlaqələndirilir.

SIPRI həmçinin qeyd edir ki, sanksiyalar və işçi çatışmazlığına baxmayaraq, Rusiyanın silah gəlirləri də artmaqdadır. “Rostec” və Birləşmiş Gəmiqayırma Korporasiyası “Top 100” siyahısında yer alıb və bu iki şirkətin ümumi hərbi gəlirləri 23 faiz artaraq 31,2 milyard dollara yüksəlib. 

silah-sirketlerinin-satislarindaki-artis-devam-ediyor-Vks7.jpg (156 KB)

Qlobal səviyyədə silahlanmanın artması yeni təhlükəsizlik risklərini gündəmə gətirir və ekspertlərə görə, 2025-ci ildə də bu dinamikanın davam edəcəyi gözlənilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR