İnsanlara hürriyət, millətlərə istiqlal!

“Duty Free”dən oğurluq edib Bakıya qaçmaq istədilər - Təyyarədə tutuldular

1465 08.09.2025 21:05 Kriminal A A

İstanbulun Sabiha Gökçen Hava Limanında “Duty Free”dən oğurluq edən şəxslər təyyarədə saxlanılıb.

Sərnişinlər oğurluq etdikdən sonra “AJet” reysi ilə Bakıya uçmaq üçün təyyarəyə miniblər.

Mağaza işçilərinin sayıqlığı sayəsində qısa müddətdə polis və təyyarə ekipajına məlumat verilib.

Aparılan axtarış zamanı oğurlanmış əşyalar həmin şəxslərin üzərindən tapılıb.

Qeyd edək ki, həmin sərnişinlərin milliyyəti açıqlanmayıb.

İnsidentlə əlaqədar uçuş reysində qısa gecikmə olub.\\“Qafqazinfo”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR