İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstan müharibəsi iştirakçılarının məsələsi GÜNDƏMDƏ

1738 23.12.2025 16:13 Gündəm A A

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanunun müzakirəsi zamanı çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Əfqanıstan müharibəsi iştirakçılarının məsələsini qaldırıb.

Musavat.com-un xəbərinə görə, komitə sədri bildirib ki, 7 min azərbaycanlı Əfqanıstan müharibəsində iştirak edib:

“Onların bir hissəsi geri dönməyib, bir hissəsi xəstəliklərlə mübarizə aparır, amma onlar dövlət rüsumundan azad olunanların kateqoriyasında deyil. Çernobıl da, Əfqanıstan da SSRİ dövründə baş verən hadisə idi. Ona görə Əfqanıstan müharibəsində iştirak edənlər də rüsumdan azad edilməlidir.

504bdf53ec-169443874916924418541692019274siyavus-novruzov-421.jpg (109 KB)

Digər qanunlarda da mən rast gəlirəm ki, bu cür yanaşma mövcuddur. Bütün kateqoriyalar yazılır, Əfqanıstan müharibəsində iştirak edənlər yazılmır.

Xatırlatmaq istəyirəm ki, ilk dəfə məhz Ümummili Lider Heydər Əliyev Əfqanıstan veteranlarına müraciət etdi və Beyləqanda erməni qoşunlarının qarşısını Əfqanıstan veteranları aldı və irəliləməklərinə imkan vermədi. O baxımdan gələcəkdə bu məsələnin nəzərdə tutulmağı məqsədəuyğun olardı”.

9KeK96Tq28JeOQYjmZtaZXVpyAerchTpJr2L2XmB_825.jpg (65 KB)

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov cavab reaksiyasında deyib ki, qanun layihəsində “güzəştlərdən azad olunma” anlayışı müvafiq kateqoriyaları, o cümlədən Əfqanıstan müharibəsi iştirakçılarını əhatə edir:

“Əgər diqqət yetirsək, qanun layihəsində göstərilir ki, müharibə şəraiti və əhəmiyyətli xidmət vəzifələrinin yerinə yetirilməsi halları ayrıca nəzərə alınır. Bu isə o deməkdir ki, Əfqanıstan müharibəsində iştirak edən şəxslər də müvafiq hallarda istisna kateqoriya kimi qiymətləndirilə bilər və onların hüquqları nəzərə alınacaq”.

Təklif edilən yeni maddəyə görə, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bəzi xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmur.

Layihə deputatlar tərəfindən dəstəklənib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR