İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artist həyat yoldaşının dağıdılmış məzarından DANIŞDI

703 07.01.2026 15:12 Şou-biznes A A

Əməkdar artist Gülüstan Əliyeva mərhum həyat yoldaşının vandalizmə məruz qalmış məzarından danışıb.

Müğənni bildirib ki, erməni vandalizmindən həyat yoldaşının qəbrinin də yan keçməyib:

"Hacıqramanlıda müqəddəs ocaq vardı. Vandalizmə məruz qalan qəbiristanlıqlar arasında həyat yoldaşımın da qəbrini tapdım. Oradakı bütün məzarlar tamamilə dağıdılmışdı, bəzilərinin cəsədləri çıxarılmış, oyuqlar açılmışdı. Bilirdilər ki, buradakı məzarlar müqəddəsdir, həyat yoldaşımın qəbri isi nənəsinin məzarının yanında idi. Mezarlıq dağılsa da, onun yeri qalmışdı tapdım", - deyə Gülüstan Əliyeva qeyd edib.

Sənətçinin açıqlamaları sosial mediada diqqət çəkib və müharibənin vurduğu ziyanı bir daha göz önünə sərib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR