İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən yüksək balı onlar topladı

1248 17.02.2026 19:08 Ölkə A A

Dövlət İmtahan Mərkəzinin 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirdiyi qəbul imtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ölkə birinciləri olublar.

BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva və Proseslərin avtomatlaşdırılması ixtisasının 5-ci kurs tələbəsi Zahid Abdullayev imtahanda 91 bal toplayıblar.

Elvina Əliyeva ali məktəblərin bakalavr pilləsinə qəbul zamanı 689,6 bal toplayaraq Prezident təqaüdçüsü olub, Zahid Abdullayev isə bakalavr pilləsinə qəbul zamanı 671,2 bal toplayıb.**“Qafqazinfo” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR