İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin yeni ali rəhbəri Müctəba Xamenei ilə bağlı sensasion açıqlamalar verib.
Musavat.com xəbər verir ki, nazir Müctəba Xamenei ali rəhbər vəzifəsinə seçildikdən sonra onunla şəxsən görüşmədiyini etiraf edib.
Əraqçinin sözlərinə görə, yeni liderlə indiyədək yalnız "çox az sayda" insan görüşə bilib.
Xarici işlər naziri vurğulayıb ki, Müctəba Xameneiyə çıxış imkanları son dərəcə məhduddur və onunla şəxsi görüş keçirmək statusuna malik olan şəxslərin dairəsi minimuma endirilib.
Musavat.com






