İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Azərbaycana gəlir

979 08.11.2025 10:34 Siyasət A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümü münasibətilə Bakıda keçiriləcək Zəfər Paradında iştirak edəcək.

Musavat.com xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Səfər çərçivəsində Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Məlumata görə, görüşlərdə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və qlobal proseslərlə bağlı aktual məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyə və Pakistan nümayəndələrinin parad iştirakında hərbi kontingent və aviasiya nümayişlərinin də yer alacağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR