İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: Paşinyanın partiyası daxilində çatlar dərinləşir

326 24.12.2025 15:35 Dünya A A

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının daxilində gərginliyin artdığına dair yeni əlamətlər üzə çıxıb. Məlum olub ki, partiya rəhbərliyi seçki siyahısına sabiq baş nazir köməkçisi (2018-ci ildən) Nairi Sərkisyanı daxil edilməsindən imtina edib. Maraqlıdır ki, Nairi Sarqsyan hazırkı deputat Ayk Sərkisyanın qardaşıdır və bir neçə gün əvvəl partiya rəhbərliyi elə Ayq Sarqsyanın öz namizədliyini də rədd etmişdi.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı erməni politoloq Akop Badalyan maraqlı məlumat yayıb.

Onun sözlərinə görə, Ayk Sərkisyan bu qərarın arxasında parlamentin sədri Alen Simonyanın dayandığını bildirib. Burada diqqət çəkən incə detal var: Sərkisyana Tiqran Avinyan haqqında sual veriləndə, o, İrəvan merini şəxsi dostu adlandırıb və qeyd edib ki, Avinyan iclasda iştirak etsəydi, onun lehinə səs verərdi. Hərçənd Avinyanın səsi ümumi balansı dəyişməzdi, bu vurğu son hadisələr fonunda təsadüfi görünmür.

Belə ki, az əvvəl İrəvan Ağsaqqallar Şurasının bir üzvü Paşinyanın mağazaların bağlanması ilə bağlı açıqlamasını açıq şəkildə tənqid edib. O, hökumət iclasında iştirak edən məmurlara birbaşa müraciət edərək onların susqunluğunu ittiham edib.

Ən maraqlısı isə odur ki, bu şəxs “İctimai Səs” partiyasının nümayəndəsidir və mer seçkiləri zamanı faktiki olaraq “Vətəndaş Müqaviləsi”nin tərəfinə keçərək Tiqran Avinyanın İrəvanın meri olmasına həlledici dəstək verib. İndi isə məhz həmin fiqurun Paşinyanı hədəf alması vəziyyəti daha da diqqətçəkən edir.

“Bir sözlə, Paşinyan komandasının daxilində səssiz, lakin getdikcə daha açıq hiss olunan hakimiyyətdaxili parçalanma yeni mərhələyə keçmək üzrədir”,-deyə Akopyan qeyd edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR