İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Azərbaycan benzininin yeni idxalçısı ortaya çıxdı

1378 24.12.2025 13:22 Son xəbər A A

Azərbaycandan Ermənistana benzin idxal edən ikinci şirkət “Şişa uorld” MMC-dir.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Hüquqi şəxslərin dövlət reyestrinə əsasən, “Şişa uorld” MMC-nin səhmlərinin 100 faizi Samvel Mkrtçyana məxsusdur. Şirkət 2022-ci ilin dekabrında təsis edilib.

Bundan əvvəl mediada Azərbaycandan benzin idxal edən şirkətin Milli Assambleyada “Vətəndaş müqaviləsi” fraksiyasından deputat Xaçatur Sukiasyana aid “Sil” konserninə daxil “Meqa Treyd” olduğu barədə məlumat yayılıb.

“Meqa Treyd” Azərbaycandan 600 ton benzin idxal edib.

Xatırladaq ki, Azərbaycandan dəmir yolu ilə ümumilikdə premium sinifli benzin daşıyan 22 vaqon gətirilib.

Məlum olub ki, bu benzin Sukiasyan ailəsinə məxsus “Ran Oil” yanacaqdoldurma məntəqələrində litri 430 dram (1,93 manat) qiymətinə satılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR