İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda İT inqilabı: 4 milyard dollarlıq nəhəng layihə və ABŞ-ın gizli barmağı

594 20.02.2026 15:42 Dünya A A

Ermənistanın yüksək texnologiyalar sektorunda misli görünməmiş rəqəmlər qeydə alınıb.

Musavat.com xəbər verir ki, ölkənin yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan mətbuat konfransında elan edib ki, ötən il bu sahədə dövriyyə 1 trilyon dram (təxminən 2,7 milyard dollar) səviyyəsini keçib.

Ən çox diqqət çəkən məqam isə Ermənistan və ABŞ hökumətləri arasında əldə olunan yeni razılaşmalardır. Tərəflər süni intellektdən tutmuş, hərbi dronların istehsalına və nüvə energetikasına qədər geniş sahələrdə texnoloji əlaqələri genişləndirmək qərarına gəliblər.

Tarixi investisiya: 4 milyard dollar!

Məlumata görə, Ermənistan hökuməti və süni intellekt üzrə ixtisaslaşan "Firebird" startapı arasında dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkənin ilk data mərkəzi qurulacaq. Bu, Ermənistan tarixinə ən böyük kapital qoyuluşlarından biri kimi düşəcək. Cari ayın əvvəlində tərəflər layihənin miqyasını artıraraq 4 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.

Ermənistanda IT sektoru iqtisadiyyatın ən dinamik sahəsi hesab olunur və on minlərlə gənci yüksək maaşlı işlə təmin edir. Şirkətlərin illik gəlirlərində 9,3% artım müşahidə olunur. Bu sahədə erməni diasporunun təsirli nümayəndələrinin rolunun artması Ermənistanın qlobal texnologiya bazarında iddialarını daha da gücləndirir.

Bu nəhəng texnoloji sıçrayışın və ABŞ-la hərbi təyinatlı texnoloji əməkdaşlığın regiondakı hərbi-siyasi balansa necə təsir edəcəyi isə ekspertlər tərəfindən yaxından izlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR