İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda kilsəyə ağır zərbə: Torpaqlar əlindən alınır

710 24.12.2025 14:26 Region A A

Ermənistan hakimiyyəti kilsəyə məxsus torpaq sahələrinin hüquqi statusunu dəyişdirmək, mülkiyyət hüquqlarından məhrum etmək və yalnız təmənnasız istifadə hüququnu saxlamaq niyyətindədir.

Musavat.com xəbər verir ki, Torpaq Məcəlləsinə təklif olunan müvafiq dəyişikliklər sabahkı hökumət iclasının gündəliyinə daxil edilib və Eçmiədzin Ana Taxtının kilsə torpaqlarına sahibliyini təsbit edən məcəllədəki müvafiq maddəni ləğv edəcək.

Qanunvericilikdə planlaşdırılan dəyişikliklər dövlətlə ali ruhanilik arasında son vaxtlar kəskinləşən qarşıdurma fonunda baş verir. Gərginlik baş nazir Nikol Paşinyanın kilsə iyerarxlarına ünvanladığı sərt açıqlamalardan, eləcə də katolikosun seçilməsi qaydasının islahatı və bu prosesdə dövlətin rolunun artırılması təşəbbüsündən sonra daha da artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR