İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda ruhaniyə təzyiq iddiası...

416 20.11.2025 22:24 Dünya A A

Musavat.com xəbər verir ki, Aşağı Arafatots (Aragatsotn) yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyanın həbsinin uzadılması ilə bağlı istintaqın təzyiqləri artdığı bildirilir. “Sputnik ARM” yazır ki, yaxın günlərdə Byurakan Müqəddəs Ovanes kilsəsinin rəhbəri, iyeromonax Vrtanes Bağalyan İstintaq Komitəsində dindirilib.

Bağalyan bildirib ki, Proşyanın barəsində başlanmış cinayət işinin heç bir hüquqi əsası yoxdur və o, həmişə Kilsəyə sadiq şəkildə xidmət edib.

Ruhani həmçinin qeyd edib ki, keşişlikdən çıxarılmış Stepan Asatryan hazırda böhtan xarakterli ifadələr verir. Bağalyanın sözlərinə görə, ölkə rəhbərliyinin Asatryanla bağlı hansısa kompromatlara malik olması ehtimalı var və bu səbəbdən o, kilsə rəhbərliyinə, katolikosluğa və digər ruhanilərə qarşı böhtan xarakterli ifadələr verməyə məcbur edilir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR