İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın bu məhsulları Azərbaycan bazarına çıxır - Papoyan AÇIQLADI

10796 09.01.2026 18:32 Region A A

Bakı ilə İrəvan Ermənistan məhsullarının ixracının bərpası ilə bağlı danışıqlar aparır.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.

Nazirin sözlərinə görə, xüsusilə Azərbaycana alüminium folqa, alüminium folqa üçün xammal, ferromolibden, konyak üçün xammal, tütün və tekstil məhsullarının ixracı müzakirə olunur.

Papoyan bildirib ki, Azərbaycan tərəfdən də konkret məhsulların idxalına maraq göstərən şirkətlər var:

“Azərbaycan tərəfi onları maraqlandıran konkret məhsulların siyahısını təqdim edib, biz isə ixrac edə biləcəyimiz həcmləri göndərmişik. Bizim siyahıda həmçinin güllər, istixana məhsulları, pomidor və bibər də yer alır”.

Nazir daha əvvəl qeyd edib ki, 2025-ci ildə Azərbaycan ərazisindən tranzitlə Ermənistana 6 580 ton taxıl gətirilib. Bunun 1 000 tonu Qazaxıstandan, 5 580 tonu isə Rusiyadan olub. Bundan əlavə, Ermənistana 1 210 ton Azərbaycan benzini də idxal edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR