Rusiya Ukrayna münaqişəsinin həlli üçün "danışıqlar masasına gəlməlidir”.
Musavat.com "İndependent" qəzetinə istinadən xəbər verir ki, bu açıqlamanı Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper verib. O, Avropa və Ukrayna xarici işlər nazirlərinin görüşündən sonra bildirib: "Əlbəttə ki, hələ çox iş görülməlidir, amma əsas məsələ Rusiyanın Ukraynanın bombalanmasının qarşısını almaq üçün indi danışıqlar masasına gəlməsidir".
Onun sözlərinə görə, görüş iştirakçıları "Ukraynanın suverenliyini və Avropanın təhlükəsizliyini təmin edən Ukrayna üçün ədalətli və davamlı sülhə dəstəklərini bir daha təsdiqləyiblər": "Buna görə də bu iş bu qədər vacibdir və intensiv iş hələ də davam edir".
Böyük Britaniyanın Baş naziri Kir Starmer jurnalistlərə bildirib ki, Ukrayna məsələsinin həllində irəliləyiş əldə edilib, lakin hələ çox iş var: "İrəliləyiş var, amma hələ çox iş görülməlidir".
Musavat.com






