İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əsəbiləşib dedim ki, uşağımı pay vermişəm" - Övladının dəfnində canlı yayım açan ata

1421 08.04.2026 15:53 Ölkə A A

“Müsahibə verərkən özümdə deyildim. Əsəbiləşmişdim deyə dedim ki, 3-5 arvad alacağam. Bunlar boş söhbətlərdir, mən uşağımı heç kimə pay verməmişəm”.

Bunu Musavat.com-a açıqlamasında Sumqayıtda 6 uşağı dəm qazından zəhərlənən Kamil Cəbrayılov deyib.

“Gəlib dirəndilər ki, hanı o biri uşaq. Mən də dedim ki, evdə yoxdur. Guya qohumuma vermişəm. Mənim 8 uşağım var idi, 1-i dünyasını dəyişdi. 9-cu uşaq isə hələ ana bətnindədir. Gəlib ananı da dindirsinlər, görsünlər kiməsə pay verilibmi. Hansı zəmanədə yaşayırıq ki, bunu araşdırmaq mümkün olmasın”, - o qeyd edib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Musavat.com-a bildirib ki, səsləndirilən həmin iddialar nəzarətə götürülüb və araşdırma predmetidir:

“Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birgə müvafiq yoxlamalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin ediləcək”.

Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan aprelin 3-də onlardan biri yaş yarımlıq körpə ölüb. Ailənin 9 uşağı olduğu bildirilir.

K. Cəbrayılov APA TV-yə müsahibəsində bir övladını pay verdiyini deyib. 

Qeyd edək ki, o, yaş yarımlıq övladının dəfni zamanı canlı yayım açmasına görə də sərt tənqid olunmuşdu.  

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR