İnsanlara hürriyət, millətlərə istiqlal!

Fabrik partladı: 4 ölü, 1 itkin   VİDEO

982 26.01.2026 14:58 Dünya A A

Yunanıstanın Trikala şəhərində yerləşən “Violanta” peçenye fabrikində güclü partlayış və yanğın baş verib.

Musavat.com
xəbər verir ki, ERT-news telekanalının məlumatına görə, hadisə nəticəsində dörd nəfər ölüb, bir nəfər isə itkin düşüb.

Fabrikdə baş verən partlayışın səbəbləri hələlik açıqlanmayıb. Yanğın hadisə yerinə göndərilən yanğınsöndürmə və xilasetmə briqadaları tərəfindən söndürülməyə çalışılır.

Hadisə Trikala şəhərində əhalinin narahatlığına səbəb olub və yerli hakimiyyət partlayışın səbəblərini araşdırmaq üçün istintaq başladıb.

Ekspertlər bildirirlər ki, sənaye obyektlərində təhlükəsizlik qaydalarına riayət edilməməsi belə fəlakətli nəticələrə gətirib çıxara bilər.



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR