2026-cı ildə Ukraynanın silah tədarükü üçün PURL (Ukraynanın Prioritet Tələblər Siyahısı) proqramı çərçivəsində 15 milyard dollara ehtiyacı olacaq.
Musavat.com xəbər verir ki, bunu prezident Vladimir Zelenski Telegram hesabında paylaşıb: "PURL proqramı üçün 15 milyard dollar tələb olunur. Bu il 1,5 milyard dollar çatışmırdı, lakin Niderland bu gün 700 milyon dollar ayırıb. İndi çatışmazlıq 800 milyon dollardır".
Qeyd edək ki, PURL təşəbbüsü ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte tərəfindən 14 iyulda irəli sürülüb. Bu mexanizm NATO müttəfiqlərinə Ukrayna üçün Amerika ehtiyatlarından silah almağa imkan verir. PURL çərçivəsində çatdırılmaların hər iki-üç həftədən bir baş tutması planlaşdırılır.
Musavat.com






