Müğənni Günel Zeynalova məşhur naviqasiya tətbiqi "Waze" ilə bağlı narazılığını sosial şəbəkə vasitəsilə dilə gətirib.
Musavat.com xəbər verir ki, sənətçi getmək istədiyi ünvana doğru hərəkət edərkən tətbiqin göstərdiyi marşrutun həddindən artıq uzun olduğunu bildirib.
Günel Zeynalova yolboyu video çəkərək vəziyyəti izləyiciləri ilə bölüşüb.
O qeyd edib ki, proqram alternativ, daha qısa yol əvəzinə daha dolama marşrut təklif edib. Müğənni bu halın onu təəccübləndirdiyini vurğulayıb və naviqasiya tətbiqlərinin bəzən sürücüləri daha uzun yollara yönləndirdiyini deyib.
Könül
Musavat.com






