Gürcüstanda etiraz aksiyalarının keçirilməsi qaydaları ciddi şəkildə dəyişdirilir.
Musavat.com xəbər verir ki, hakim Gürcü Arzusu partiyası mitinqlərin təşkilinə dair daha sərt tələblər irəli sürən qanun layihəsi üzərində işləyir.
Musavat.com-un məlumatına görə, layihə belə yeniliklər nəzərdə tutur:
Kütləvi insanların hərəkət etdiyi ərazilərdə, o cümlədən adi trotuarlarda belə aksiya planlaşdırılırsa, təşkilatçıların dövlət qurumunu əvvəlcədən məlumatlandırması mütləq olacaq.
Dövlət orqanları təhlükəsizlik, nəqliyyatın hərəkəti və ya idarələrin fəaliyyətinin pozulması riskini əsas gətirərək mitinqin yerini, vaxtını və formatını dəyişdirməyi tələb edə biləcək.
Musavat.com






