İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan neytral dövlət olmaq istəyir?

724 20.12.2025 12:20 Dünya A A

 

Dekabrın 11-12-də Gürcüstanın baş naziri İrakli Kobaxidze Türkmənistanın neytrallığının ildönümünə həsr olunmuş beynəlxalq forumda iştirak etmək üçün Aşqabadda olub. Bu səfər son aylar siyasi kuluarlarda Gürcüstanın da neytral status alması barədə artan müzakirələr fonunda diqqət çəkib.

Musavat.com xəbər verir ki, Gürcüstanda   Konstitusiyasının 78-ci maddəsində göstərilir ki,  dövlətin hədəfi  NATO və Avropa İttifaqına üzv olmaqdır.   Rusiyaya bağlılığı şübhə doğurmayan  iki siyasi qrup isə son aylar fəal şəkildə bu maddənin ləğvini tələb edir.

Maraqlıdır ki, “Gürcü Arzusu” partiyasına yaxın ekspertlərin də  dilindən “bitərəflik” sözü getdikcə daha çox eşidilir.

 “Neytral Gürcüstan” siyasi təşkilatı bu  təbliğ  aparan əsas siyasi qüvvələrdən biridir. Bundan əvvəl, 2022-ci ildə Gürcüstanın Vətənpərvərlər Alyansı hərbi neytrallıq elan etməyə çağırmışdı. Əvvəlcə ictimai hərəkat olan “Neytral Gürcüstan”  2025-ci il dekabrın 1-də siyasi partiya kimi qeydiyyatdan keçib.

Onun təsisçilərindən biri hakim “Gürcü Arzusu” partiyasının keçmiş üzvü Vato Şakaraşvilidir. Ehtimal edilir ki,  “Gürcü Arzusu”ndan ayrıldığı deyilən bir qrup əslində sonradan hökumətin qəbul etdiyi təşəbbüslər səsləndirilmək üçün  yaradılıb.

Məhz bu qrup ayrıldıqdan sonra fəal şəkildə Gürcüstanın neytrallığın elan edilməsi üzrə referendum keçirilməsini təklif edirlər. "Əgər biz sülhü, sabitliyi qorumaq və ölkədə iqtisadi irəliləyişlərə, inkişafa və çiçəklənməyə nail olmaq istəyiriksə, neytrallıq vacibdir", - Şakaraşvili bildirib.

Partiyanın digər qurucusu Bidzina Giorgobiani 2028-ci il parlament seçkiləri üçün əsas kampaniya vədlərindən biri kimi neytrallıq statusunu seçəcəyini vəd edib. O da neytrallığın Gürcüstanı "ərazi bütövlüyünü bərpa etməyə" yaxınlaşdıracağını və "qonşu ölkələr"lə münasibətlərə kömək edəcəyini iddia edib.

Müxalifətə yaxın media isə iddia edir ki,  “Neytral Gürcüstan”  öz bəyanatlarında Kremlin bir sıra təbliğat məqamlarını təkrarlayır. Onların da fikrincə, Avropa İttifaqı “demək olar ki, tamamilə deqradasiyaya uğrayıb”, xristianlıq adət-ənənələrlə mübarizə aparır, ona görə də Gürcüstan Qərb qurumlarına, Aİ-yə, NATO-ya üzv olmaq planlarından əl çəkməlidir.

 Kremlyönlü MDB Ölkələri İnstitutunun sədri Vladimir Novikov iddia edir ki, bu partiyanın təklifləri əslində, “Gürcü Arzusu”nun Avropa İttifaqı və NATO-nu şantaj etmək vasitəsidir.

Kreml yönümlü başqa bir təşkilat da – Siyasi Texnologiyalar Mərkəzi də “neytral Gürcüstan” mövzusunda  nikbinliklə qarşılayıb.

Strateji Təhlil və İnformasiya Siyasəti Mərkəzinin direktoru, “Qruziyainfo”nun baş redaktoru Arno Xıdırbeqişvili  bildirib ki, Gürcüstanın neytral statusun verilməsinin zamanı  ötüb. 

“Dövlətin milli siyasəti strategiyamız yoxdursa,  bəs biz hansı neytrallıqdan danışırıq?! Neytral dövlət olmaq  neytral dəhliz deməkdir. Amma Gürcüstan dəhliz deyil, körpüdür. Xalqlar arasında körpü, ölkələr arasında körpüdür, hansı ki, onu birləşdirir", Xıdırbeqişvili bildirib.

Onun fikrincə, 2001-2002-ci illərdə  bir neçə həmfikir şəxslə Gürcüstan üçün neytrallıq, o cümlədən hərbi neytrallıq təklifini irəli sürüblər.  “O zaman neytrallıq vaxtı idi. Bütün bu münaqişələr bizi təhdid edirdi və Gürcüstan müxtəlif dövlətlərin blokuna, yaxud dekaya qoşulmasaydı, yaxşı olardı".

Bununla belə, ölkə hakimiyyəti hələ də neytrallıq məsələsini ictimai müzakirəyə çıxarmağa tələsmir. “Gürcü Arzusu” daha əvvəl bəyan etmişdi ki, ölkənin və xalqın maraqlarından çıxış edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR