İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda qəzaya uğrayan C-130-un “qara qutusu” hələ də araşdırılır

665 20.12.2025 14:19 Dünya A A

Türkiyə Gürcüstanda qəzaya uğramış C-130 hərbi-nəqliyyat təyyarəsi ilə bağlı istintaqı davam etdirir.

Musavat.com xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Yaşar Güler açıqlayıb.

Nazirin sözlərinə görə, təyyarənin bort yazıcısının (“qara qutu”) təhlili Türkiyənin aerokosmik sənaye müəssisəsi olan TUSAŞda davam etdirilir. Güler vurğulayıb ki, istintaq hələ başa çatmayıb və qəzanın səbəbləri üzrə komissiya işini davam etdirir.

O xatırladıb ki, C-130 təyyarələri dünyanın ən etibarlı modellərindən sayılır və hazırda təxminən 70 ölkədə istismar olunur. Qəzadan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasında olan bütün C-130 təyyarələrinin əlavə texniki yoxlamaya göndərildiyini də təsdiqləyib.

“Qara qutu hələ də TUSAŞ-da araşdırılır. İstintaq komissiyası fəaliyyətini davam etdirir. Nəticə necə olursa-olsun, biz onu cəmiyyətə tam şəffaf şəkildə təqdim edəcəyik”, – deyə Yaşar Güler bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR