İnsanlara hürriyət, millətlərə istiqlal!

Hadisədə yaralanan FHN işçisinin vəziyyəti açıqlandı

718 21.02.2026 17:41 Son xəbər A A

Ələt-Astara magistralında avtomobildə baş vermiş yanğını söndürərkən maşın vuran FHN əməkdaşının vəziyyəti qənaətbəxşdir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunan 1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə zamanı bir FHN əməkdaşının həkiməqədər ölüm faktı qeydə alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR